Bakı. Trend:
Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb.
Trend xəbər verir ki, sentyabrın 4-də Emil Süleymanov idarə etdiyi "VAZ 2107"markalı avtomobillə yolu velosipedlə keçən Mahir Hüseynovu vurub.
Velosipedçi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Hüseynov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.