...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı

Hadisə Materials 22 Sentyabr 2024 14:39 (UTC +04:00)
Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada baş verən yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.

Qeyd edilib ki, xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, ötən gün Şuşa rayonunun Turşsu ərazisində Ford Transit markalı mikroavtobus yol kənarına aşıb. Qəza ilə bağlı Şuşa rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti