Bakı. Trend:
Oktyabrın 5-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Qafarov və H.Allahverdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.