...

Avtomobildən oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 8 Fevral 2025 16:20 (UTC +04:00)
Avtomobildən oğurluq edən şəxs saxlanıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən 1150 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı O.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti