Bakı. Trend:
Ağcabədidə zəncirvari qəza qeydə alınıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Sarıcalı kəndində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ"2106, "Mercedes" və "Hyundai" avtomobillər toqquşub. Nəticədə "VAZ"2106-nın sürücüsü 1993-cü il təvəllüdlü Nadirov Ehtiram Atamoğlan oğlu müxtəlif dərəcəli xəsarətlə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.