Bakı. Trend:
Bakının Yasamal rayonunda qaz xətti zədələnib, qaz təchizatında təcili dayanma olub.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə aprelin 10-da saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.
"Təmir-bərpa işləri aparılır. Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb",- deyə məlumatda qeyd edilib.