...

Bakıda iki nəfər bıçaqlandı

Hadisə Materials 14 Aprel 2025 10:59 (UTC +04:00)
Bakıda iki nəfər bıçaqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şənbə günü Bakının Qaradağ rayonu ərazisində iki nəfər bıçaqlanıb.

Trend xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə nəticəsində hər iki şəxs Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki, 12.04.2025-ci il tarixində saat 23:50 radələrində 2 nəfər (kişi cinsli) ön sağ divarının küt alətlə kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

"Zəruri instrumental-diaqnostik müayinələrdən sonra hər 2 şəxsin üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti