...

İngiltərədə avtomobilin izdihama çırpılması nəticəsində 50-yə yaxın insan xəsarət alıb

Hadisə Materials 27 May 2025 02:41 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin Liverpul şəhərində avtomobilin izdihama çırpılması nəticəsində 50-yə yaxın insan xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə İngiltərinin şimal-aərb hissəsinin təcili yardım xidmətinin nümayəndəsi Deyv Kitçin mətbuat konfransında bildirib.

D.Kitçinin sözlərinə görə, 27 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin, o cümlədən bir uşağın xəsarətləri ağır hesab olunur. Daha 20 zərərçəkənə hadisə yerində yardım göstərilsə də, xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. O qeyd edib ki, xəsarət alanlar arasında dörd azyaşlı var.

Mersisayd polisinin sözçüsü Cenni Sims bildirib ki, müstəntiqlər hadisəni terrorla əlaqəli hesab etmirlər.

Xəbər lenti

Xəbər lenti