...

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 5 Avqust 2025 11:55 (UTC +04:00)
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti