Bakı. Trend:
Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Trend xəbər verir ki, b barədə FHN məlumat yayıb.
Yanğın nəticəsində ümumi sahəsi 2000kv.m. olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə yanıb.
Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
