Bakı.Trend:
"Bakı şəhəri, Parlament prospekti 68 ünvanında bir-birinə bitişik fərdi yaşayış evində yanğın baş verməsi haqqında məlumat daxil olub. Evin bütün konkstruktiv elementləri və əşyalar yanıb".
Bu fikirləri Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsaqov Trend-ə açıqlamasında deyib.
O bildirib ki, yanğında xəsarət alan olmayıb.
“Ümumi sahəsi 90 kvm olan 3 otaqlı fərdi yaşayış evində baş verən yanğın qısa müddətdə söndürülüb. Bitişik tikilmiş digər fərdi yaşayış evləri yanğından mühafizə olunub”.
xxx
15:55
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın tam söndürülüb.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
xxx
15:29
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
