...

ŞƏKİDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ DAĞINTI VƏ XƏSARƏT ALAN YOXDUR

Hadisə Materials 21 Sentyabr 2005 12:52 (UTC +04:00)

Sentyabrın 20-də yerli vaxtla saat 20.39-da Azərbaycanın şimal-qərbində, Şəkidən 6 km şərqdə zəlzələ baş verib. Bu barədə Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji xidmət mərkəzindən (RSXM) xəbər verilib.

Zəlzələ 12 ballıq şkala üzrə 2,5 bal gücündə olub. Yeraltı təkan isə 2 bal gücündə qiymətləndirilib. Dağıntı və xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti