...

Dekabrın 7-nə olan krimxronika

Hadisə Materials 8 Dekabr 2005 16:50 (UTC +04:00)

Dekabrın 7-də daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 21-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 32 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti