ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş səfirliyin işçisi Raidə Ağayevanın faciəvi ölümü ilə bağlı başsağlığı verib. Trend in xəbər verdiyi kimi, bu barədə diplomatik nümayəndəliyin dekabrın 21-də açıqlanmış press-relizində məlumat verilir.
Məlumatda bildirilir ki, səfirliyin Təhlükəsizlik idarəsinin işçisi, 28 yaşlı Raidə Ağayeva dekabrın 15-i-də Floridanın Mayami şəhərində faciəvi yol qəzası nəticəsində həlak olmuşdur.
O, ABŞ-ın hökumət proqramı çərçivəsində Azərbaycanın Gömrük İdarəsinin rəsmilərindən ibarət bir qrupu müşayiət etmək üçün ABŞ-da səfərdə idi.
R.Ağayeva uşaq evlərindəki uşaqalara yardım etmək, vəsait toplamaq və hədiyyə verməyə dair səfirlik layihəsinin təşəbbüsçüsü idi.