...

Paytaxtın buzlu yollarında sürüşmə nəticəsində maşınların toqquşması ilə bağlı çoxsaylı faktlar qeydə alınıb

Hadisə Materials 25 Yanvar 2006 14:38 (UTC +04:00)

Yanvarın 24-də və 25-nə keçən gecə paytaxtın buzlu yollarında sürüşmə nəticəsində maşınların toqquşması ilə bağlı çoxsaylı faktlar qeydə alınıb. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Toqquşmalar əsasən paytaxtın Binəqədi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb. Toqquşmalar nəticəsində insan tələfatı olmayıb. Hadisələr avtomobillərin zədələnməsi ilə müşahidə edilib.

Yanvarın 25-də səhər saatlarında isə 3-cü mikrorayon dairəsində 2 toqquşma qeydə alınıb. Nəticədə 2 nəfər xəsarət alıb.

V.Əsədov: "Toqquşmaların baş verməsinin əsas səbəbləri yollarda təhlükəsizlik işlərinin zəif olması və sürücülərin avtomobili düzgün idarə edə bilməməsidir. Havaların kəskinləşməsi ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Həsən Şirinov müşavirə keçirib və yollarda təhlükələrin aradan qaldırılması istiqamətində öz göstərişlərini verib. Hazırda xüsusilə sürüşmə müşahidə olunan yollar yol post patrul müfəttişinin nəzarətindədir. Müfəttişlər radiocihaz vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin Yol Təmir Tikinti İdarəsinin qış qarajı ilə mütəmadi əlaqə saxlayaraq sürüşmə yerlərinə qum gətirilməsi barədə göstərişlər verir".

Xəbər lenti

Xəbər lenti