...

Fevralın 5-nə olan kriminal xronika

Hadisə Materials 6 Fevral 2006 13:49 (UTC +04:00)

Fevralın 5-də daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 11-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 18 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti