Moskvada Basman bazarının dam örtüyünün uçulduğu yerdə xilasetmə işləri davam edir. Bu arada həlak olanların və yaralananların da sayı xeyli artıb. Bu barədə Trend ə RF Fövqəladə Hallar Nazirliyinin (FHN)mətbuat xidmətindən məlumat verilib.
Son məlumatlara görə, hadisə nəticəsində 45 nəfər həlak olub, 29 nəfər yaralanıb. Onlardan 6 nəfərə ambulatoriya yardımı göstərilib. 23 nəfər isə xəstəxanalarda yerləşdirilib. 1, 6 və 71 № li şəhər kliniki xəstəxanalarının hər birində bir yaralı, 36 № li ŞKX-da 5 nəfər, 33 № -li Sklifosovsk Eİİ-da 6 nəfər, 29 №li ŞKX-da isə 9 nəfər yerləşdirilib.
Hadisə yerində 775 nəfər və 187 ədəd texnika, o cümlədən, Rusiya FHN Moskva şəhəri üzrə İdarəsinin 210 əməkdaşı və 41 ədəd texnika çalışır.
Fevralın 23-də Moskvada saat 05.27-də Basman bazarının bütün dam örtüyü (3000 kv. metrə yaxın) uçulub.