...

"Kiyev-Bakı" qatarında 10 elektrodetonator keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 30 Mart 2006 15:00 (UTC +04:00)

Dölət sərhəd xidmətinin məlumatına görə, "Kiyev - Bakı" qatarı dünən Luqanşində "Krasnaya Moqila" buraxılış məntəqəsində sərhədi keçərkən saat yarım müddətinə saxlanılıb. Trend bildirir ki, ümumi sərhəd-gömrük qrupu vaqonları birləşdirən rezin sufle qatlarında 10 elektrodetonator aşkar edib. Təxribatçılar sursatı polietilen paketdə yerləşdirib və düşünülmüş yerdə gizlədiblər. Detonatorların kimə məxsus olduğunu müəyyən etmək mümkün olmayıb. "RBK-Ukraina" bildirir ki, tapıntı hazırda gömrüyə verilib.

Xəbər lenti

Xəbər lenti