...

Dəmir yolu qəzası zamanı xəsarət alan 2 əsgər ölümcül vəziyyətdədir

Hadisə Materials 26 May 2006 12:55 (UTC +04:00)

Xəbər verildiyi kimi, mayın 24-də Goranboy rayonu ərazisində Bakı-Tiflis-Bakı istiqamətində hərəkət edən yanacaqdaşıyan elektrovozla "N" saylı hərbi hissəsinə məxsus avtomobl toqquşub. Nəticədə hərbi avtomobilin içərisində olan 6 əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan ikisi Samux rayon xəstəxanasına, 4-ü isə Gəncədəki hərbi hospitala çatdırılıb.

Hospitaldan verilən məlumata görə, əsgərlərdən ikisinin - Səxavət Kərimov və Azad Əliyevin vəziyyəti ağırdır. Həkimlər onların həyatı uğrunda mübarizə aparırlar. Səxavət Kərimovun sağ ayağı kəsilib. Əliyev isə baş nahiyəsindən ağır zədə alıb. Digər 4 əsgərin isə vəziyyəti normal qiymətləndirilir.

Məlumat üçün bildirək ki, yanacaqdaşıyan eşelonda 59 vaqon olub. Onlardan 7-si reysdən çıxaraq aşıb. Dünən gecə saatlarında dəmir yolunda təmizləmə işləri başa çatıb və iş rejimi bərpa olunub.

Xəbər lenti

Xəbər lenti