...

2005-ci ildə MDB ölkələrində 13 təyyarə qəzası baş verib

Hadisə Materials 19 İyun 2006 16:12 (UTC +04:00)

2005-ci ildə mülki aviasiya haqqında sazişin iştirakçıları olan MDB ölkələrində 13 təyyarə qəzası baş verib. Nəticədə 100-dən çox adam həlak olub. Bu barədə PRAYM-TASS Dövlətlərarası aviakomitəyə istinadən xəbər verir. Bu, 2004-cü illə müqayisədə bir rəqəm azdır.

Hazırda sazişin iştirakçıları Azərbaycan, Ukrayna, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistandır.

2005-ci ildə Rusiyada 7, Azərbaycanda - 1, Gürcüstanda- 1, Moldaviyada - 3, Ukraynada - 1 qəza baş verib.

2005-ci ildə saziş iştirakçılarının mülki aviasiyasında 23 aviasiya hadisəsi baş verib. 2004-cü ildə bu rəqəm 33 olub.

Xəbər lenti

Xəbər lenti