Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində 228 yol qəza hadisəsi qeydə alınıb, nəticədə 50 nəfər ölüb, 272-si yaralanıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, hesabat dövründə 68368 yol-hərəkət qaydasının pozulması qeydə alınıb. Sürücülərin 2129-u qırmızı işıqdan keçmə, 1178 qəza şəraitini yaratma, 1768-i surət həddini aşma, 1001-i avtomobili sərxoş idarəetmə, 2340-ı rəngli şüşə, pərdə, plyonka, 139-u avtoxuliqan, 112-si isə sürücülük vəsiqəsi olmadan avtomobili idarəetməyə görə cərimələnib.