...

Yol-nəqliyyat hadisələrinin sayı artıb

Hadisə Materials 7 Mart 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bu il yanvarın 1-dən martın 3-dək Bakıda 283 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 60 nəfər ölüb, 322 nəfər isə bədən xəsərəti alıb. Bu barədə məlumat verən Bakı şəhər Yol Polis İdarəsinin Nəqliyyatın Təhlükəsizliyinin Təmini və İctimayyətlə Əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqaisədə yol - qəza hadisələrinin sayına görə çox olsa da, ölüm faktı azalıb və xəsarət dərəcələri yüngülləşib.

V.Əsədov bildirib ki, hesabat dövründə ən çox yol-qəza hadisələri Xətai rayon ərazisində baş verib (47 hadisə, 6 ölüm, 65 yaralı). Nizami rayonu ərazisində 45 hadisə, 4 ölüm, 53 yaralı; Nərimanov ərazisində 34 hadisə, 7 ölüm, 36 yaralı qeydə alınıb. Ölüm faktına görə ən çox göstərici Suraxanı rayonu ərazisində olub (23 hadisə, 11 ölüm, 22 yaralı).

Xəbər lenti

Xəbər lenti