...

Sərhəd Qoşunlarının əsgəri ölüb

Hadisə Materials 29 Mart 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dövlət Sərhəd Xidmətinin Lənkəran rayonu ərazisindəki N saylı hərbi hissəsində xidmət edən əsgər Göyçəyev Elşad Nizami oğlu ölüb.

Ötən ilin aprelində Bakının Nizami rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış 1987-ci il təvəllüdlü Göyçəyev dünən saat 23 radələrində avtomat silahdan açılan atəşlə qarın nahiyəsindən aldığı xəsarətdən dünyasını dəyişib.Lənkəran hərbi prokurorluğu hadisənin baş verdiyini təsdiqləsə də , onun səbəbləri barədə hələlik məlumat verməyib.

Faktla bağlı Lənkəran rayon hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti