...

Mikroavtobusda baş vermiş partlayışla bağlı cinayət işi açılıb

Hadisə Materials 2 Aprel 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dünən saat 10 radələrində Bakı-Astara yolunun 36-cı kilometrliyində Ucarın Yuxarı Şilyan kəndindən paytaxt istiqamətində hərəkət edən "Ford DEAL" markalı, 85 BZ 203 dövlət qeydiyyat nişanlı mikroavtobusda baş vermiş partlayışla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 186.1-ci (əmlalı qəsdən məhv etmə və ya zədələmə), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb. Qaradağ rayon prokuroru Tariyel Qurbanov bazar ertəsi Trend ə açıqlamasında bildirib ki, hadisə Xaçmaz rayon sakini Rəhim Əsgərovun qanunsuz olaraq əldə edib gəzdirdiyi partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış baş verib. Nəticədə Əsgərov ölüb, onunla yanaşı oturmuş Məcnun Əhmədov, qarşı oturacaqda oturmuş sərnişin Əlisa Cavadov və Siyara Sayikova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Prokurorun sözlərinə görə, Əsgərov balıqçı işləyir və Ucara qohumugilə qonaq gedirmiş. Hazırda istintaq partlayıcı qurğunun necə, hansı məqsədlə əldə olunduğunu araşdırır.

Xəbər lenti

Xəbər lenti