...

Qobustan həbsxanasında qətl hadisəsi baş verib

Hadisə Materials 18 İyun 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qobustan Qapalı Tipli Cəzaçəkmə müəssisəsində ömürlük azadlıqdan məhrum edilmiş dustaq öz dustaq yoldaşını qətlə yetirib. Qaradağ rayon prokuroru Tariyel Qurbanov bazar ertəsi Trend ə bildirib ki, hadisə iyunun 16-da gecə saat 00.00 radələrində baş verib.

Onun sözlərinə görə, Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş Rəşad Arif oğlu Cəfərov öz kamera yoldaşı Famil Mobil oğlu Mirzəyevi qəsdən öldürüb. Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti