...

Sumqayıtda ailə münaqişəsi zəmnində qətl hadisəsi baş verib

Hadisə Materials 20 İyun 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Sumqayıt şəhərində ailə münaqişəsi zəmnində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, Sumqayıtdakı 3 saylı yataqxanada məskunlaşmış Cəbrayıl rayon sakini Məhəmməd Quliyev çərşənbə axşamı arvadı Südabəni bıçaqla qətlə yetirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Quliyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Sumqayıt paytaxt Bakıdan 40 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti