...

Kür çayının quruması Salyan və Neftçala sakinləri üçün problem yaradıb

Hadisə Materials 10 Avqust 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Mənbəyini Türkiyə dağlarından götürərək Sabirabad rayonu ərazisində Araz çayına qovuşan Kür çayı qurumağa başlayıb.

Ümumi uzunluğu 1500 km, Azərbaycan ərazində uzunluğu 900 km olan ölkənin ən böyük çayı Kürün axınının 36 faizini qaz suları, 30 faizini yeraltı sular, 20 faizini yağış suları, 14 faizini bulaq suları təşkil edir.

Kürün aşağı axınında yerləşən rayonların bu çaydan başqa su mənbəyi yoxdur. Hazırda Kürdən axan su həddən artıq bulanıb. Salyan və Neftçala sahilində yaşayan əhalinin böyük qismi çayın səviyyəsi endiyi üçün elektrik mühərriklərilə həyətlərinə su vura bilmir. Kür çayının quruması sonuncu dəfə 2002-ci ildə baş verib, 2003-cü ilin yazında isə bu vəziyyət şiddətli daşqınlarla əvəzlənib.

Xəbər lenti

Xəbər lenti