...

Bərdədə satıcılar İcra Hakimiyyəti binasının qarşısında etiraz aksiyasi keçiriblər

Hadisə Materials 14 Avqust 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda geyim əşyalrının satışı yarmarkasının satıcıları İcra Hakimiyyəti binasının qarşısında etiraz aksiyasi keçiriblər.

Yarmarka 1996-ci ildə inşa edilib və 500 köşkdən ibarət idi. Bir neçə gün əvvəl, İcra Hakimiyyəti yarmarkanı sökməyə başlayıb. İcra Hakimiyyətindən bildirilib ki, ərazidə yeni istirahət parkı salınacaq. Satıcılara isə ticarətlə məşğul olmaq üçün yeni yer təklif olunub.

Aksiya iştirakçılarının tələbi yarmarkanın yerləşdiyi ərazidə oktyabr ayına - yeni dərs ili başlayana kimi ticarəti davam etdirməkdir. 50-yə yaxın aksiya iştirakçısını icra başçısının birinci müavini Natiq Hacıyev qabul edib. Tərəflər razılığa gələ bilməyiblər.

Narazı olan vətəndaşlar Prezident Aparatına müraciət edəcəklərini bildiriblər. Satıcılar təklif olunan yeni yerə köçməyəcəklərini bəyan edirlər.

Xəbər lenti

Xəbər lenti