...

Ceyranbatan su anbarı ərazisində böyük yanğın baş verib

Hadisə Materials 14 Avqust 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bu gün yerli vaxtla saat 15:30-da Ceyranbatan su anbarı ərazisində yerləşən Xırdalan meşə zolağında böyük yanğın baş verib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin rəhbəri Rövşən Cəlilov bildirib ki, yanğın hadisəsi yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürmə maşını cəlb olunub ki, nəticədə saat 18:30-da yanğını söndürmək mümkün olub.

Cəlilovun sözlərinə görə, yanğın yerli sakinlərin zibili yandırması nəticəsində yaranıb və daha sonra Ceyranbatan su hövzəsinin xüsusi mühafizə olunan ərazisinə keçib.

Yanğın 30-35 hektar ərazidə baş verib ki, bunun da 6 hektarı meşə sahəsidir. Cəlilovun qiymətləndirməsinə görə, yanğın nəticəsində ağaclar ciddi zərər çəkməyib. Hazırda hadisə yerində xüsusi komissiya işləyir və zərərin həcmini müəyyənləşdirir.

Cəlilov qeyd edib ki, bu həmin ərazidə sakinlərin səhlənkar münasibəti nəticəsində baş verən ilk hadisə deyil.

Xəbər lenti

Xəbər lenti