...

Bərdədə altı qeyri-qanuni yanacaqdoldurma məntəqəsi bağlanıb

Hadisə Materials 3 Sentyabr 2007 12:18 (UTC +04:00)
Bərdədə altı qeyri-qanuni yanacaqdoldurma məntəqəsi bağlanıb

Azərbaycan, Bərdə/ Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunun mərkəzi küçələrində yerləşən altı maye qaz yanacaqdoldurma məntəqəsi bağlanıb.

Bərdə rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Zamanovun verdiyi məlumata görə, şəhərin mərkəzində yerləşən 15-ə yaxın maye qaz və benzin yanacaqdoldurma məntəqələrinin bir həftə ərzində fəaliyyətləri dayandırılacaq.

Qanuni şəkildə fəaliyyət göstərən məntəqələrə şəhərdən xeyli kənarda torpaq sahələri veriləcək ki, həmin məntəqələr gələcəkdə ayrılmış həmin yerlərdə fəaliyyət göstərsinlər. Qeyri-qanuni fəaliyyət göstərənlər qanun çərçivəsində məhkəmə yolu ilə cəzalandırılacaqlar.

Zamanov onu da qeyd edib ki, şəhərin mərkəzi küçələrində yerləşən 70 faizə qədər qeyri-qanuni ticarət obyektləri də sökülübdür.

Xəbər lenti

Xəbər lenti