...

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 6 Sentyabr 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində cümə axşamı ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Gəncə şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Nazim Məmmədov məlumat verib. Onun sözlərinə görə, 1967-ci il təvəllüdlü Natiq Əli oğlu Məmmədovun idarə etdiyi "Audi" markalı avtomobil, 1966-cı il təvəllüdlü Namiq Mədət oğlu İbrahimovun idarə etidiyi "Motoroller"lə toqquşub. Nəticədə sonuncu , aldığı xəsarətdən hadisə yerində vəfat edib.

Məmmədov bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və istismar qaydalarını pozmaqla zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti