...

Bərdədə 14 yaşlı yeniyetmə intihar edib

Hadisə Materials 10 Sentyabr 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda intihar hadisəsi qeydə alınıb. Trend in bölgə müxbirinin məlumatına görə, bazar ertəsi səhər saatlarında rayonun İmamqulu kəndində 1993-cü il təvəllüdlü Ülvi Əsədxan oğlu Əhmədli yaşadığı evin bağındakı ağacdan özünü asıb.

Bərdə rayon Prokurorluğunun ilkin araşdırmalarına görə, intihara səbəb bir gün öncə Əhmədlinin mobil telefonunu itirməsi olub. Mərhumun valideynlərinin sözlərinə görə, evdə mobil telefonun itməsinə görə hər hansı münaqişə baş verməyib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti