...

Qazaxda tibb məntəqəsi yanıb

Hadisə Materials 11 Sentyabr 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Qazax rayon Aşağı Salahlı kəndindəki tibb məntəqəsində bazar ertəsindən çərşənbə axşamına keçən gecə saat 04.00 radələrində yanğın baş verib. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın təxminən bir saatdan sonra tam söndürülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax rayon Yanğınsöndürmə İdarəsindən çərşənbə axşamı bildiriblər ki, baş verən yanğın nəticəsində tibb məntəqəsi tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb və alovun digər binalara keçməsinin qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti