...

40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət

Maraqlı Materials 24 Oktyabr 2011 11:33
Əgər adamlar yeddi sadə qaydaya əməl etsələr, 100 ilədək yaşaya bilərlər. Həmin qaydaları İllinoysdakı Şimal-Qərb Universitetinin Kardiologiya kafedrasının müdiri, Amerika Karfdioloqlar Assosiasiyasının eks-prezidenti, doktor Yensi hazırlayıb.
40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Əgər adamlar yeddi sadə qaydaya əməl etsələr, 100 ilədək yaşaya bilərlər. Həmin qaydaları İllinoysdakı Şimal-Qərb Universitetinin Kardiologiya kafedrasının müdiri, Amerika Karfdioloqlar Assosiasiyasının eks-prezidenti, doktor Yensi hazırlayıb. Həmin mövzuda məruzə oktyabrın 23-də Ürək-damar xəstəliklərinin müalicəsi üzrə Kanada Konqresinin açılış mərasimində təqdim olunub. Trend-in məlumatına görə, bu barədə "Utro.ru" saytı məlumat verir.

"Bu tövsiyələr ömrü daha 40-50 il uzatmağa kömək edə bilər. Onlar sağlam ürəklə yaşamaq, iflic və digər xroniki xəstəliklərdən, hətta xərçəngdən qaçmaq şansını 90 faiz artırır. Əgər biz bu gündən onlara əməl etməyə başlasaq, 2020-ci ilədək erkən ölümə qalib gəlmək mümkündür", - Yensi bəyan edib.

Kanada Kardiologiya Fondunun məlumatına görə, hər il insanlar yaşaya biləcəkləri 250 minə yaxın ili itirirlər. Kanadada ölüm hallarının üç başlıca səbəbindən biri olan ürək xəstəlikləri və iflic onlara yaşamalı olduqları illərdən istifadə etməyə imkan vermir.

Amerikalı həkimin sadə məsləhətləri xəstəliklərin qarşısını almağa və ömrə azı on il əlavə etməyə imkan verir.

1. Aktiv həyat tərzi əhval-ruhiyyəni və orqanizmin xəstəliklərə müqavimət qabiliyyətini xeyli yaxşılaşdırır. Fəaliyyətsizlik, hərəkət çatışmazlığı tam dörd ili insanın əlindən alır.

2. Qanda xolesterinin səviyyəsini daim nəzarətdə saxlamaq lazımdır. Məhz o, damarları tutan piləklər yaradır və normal qan dövranına mane olur.

3. Düzgün qidalanma. Adamların əksəriyyəti yeməyi necə gəldi ötürməyə üstünlük verir, tez-tez xüsusi pəhrizin saxlanması barədə tövsiyələrə etinasızlıq göstərirlər. Öz rasionuna nəzarət etmək vacibdir. Daha çox meyvə və tərəvəz, faydalı dənli bitkilər - taxıl, çovdar və yulaf yemək lazımdır.

4. Ciddi pəhrizə riayət etmək lazımdır. Söhbət bədən quruluşundan deyil, adi çox yeməyin qarşısını almaqdan gedir. Artıq çəki təngnəfəslik əmələ gətirir, insan daha az hərəkət edir ki, bu da iflici yaxınlaşdırır.

5. Qan təzyiqinə nəzarət etməyi unutmayın. Yüksək qan təzyiqini tez-tez "sakit ölüm" də adlandırırlar: onu heç də həmişə hiss etmək olmur. Lakin o, ömrü tədricən qısaldır. Təzyiqi izləyərkən onu aşağı salmaq üçün vaxtında tədbir görmək mümkündür. Bu, iflicin meydana çıxmasının qarşısını 40 faiz, infarktın isə 25 faiz alır.

6. Əgər sizə diabet diaqnozu qoyulubsa, o zaman qanda şəkərin və xolesterinin miqdarını diqqətlə izləyin. Diabet qan təzyiqinin artması, aterosklerozun və ürəyin tac damarlarının xəstəliklərinin meydana çıxçması riskini artırır.

7. Və nəhayət. Tütündən həmişəlik imtina edin. Təkcə siqaret çəkənlər deyil, onun tüstüsü ilə nəfəs alanlar da vaxtından əvvəl ölürlər.

Xəbər lenti

Xəbər lenti