...

Qarpız damarları aterosklerozdan qoruyur

Maraqlı Materials 29 Oktyabr 2011 14:54 (UTC +04:00)
Alimlər qarpızın yeni, əvvəllər məlum olmayan xassəsini aşkara çıxarıblar. Məlum olub ki, çoxlarının sevdiyi bu giləmeyvə təkcə xoş dada malik deyil, həm də faydalıdır.
Qarpız damarları aterosklerozdan qoruyur

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Alimlər qarpızın yeni, əvvəllər məlum olmayan xassəsini aşkara çıxarıblar. Məlum olub ki, çoxlarının sevdiyi bu giləmeyvə təkcə xoş dada malik deyil, həm də faydalıdır. ABŞ-da aparılan tədqiqatlar göstərib ki, aterosklerozun (ürək-damar sistemi xəstəliyi) inkişaf riskini azaldır. Bu, arteriyaların divarlarının bərkiməsi və onların elastikliyinin itməsinin xarakterik olduğu və sonradan orqanların qanla təchiz olunmasının pozulduğu xroniki xəstəlikdir. Məlumatı "The Times of India" qəzeti yazır.

Trend-in məlumatına görə, Kentukki Universitetinin alimləri siçanlar üzərində tədqiqat aparıblar. Onlar yüksək tərkibli xolesterinli xüsusi pəhrizə məruz qalıblar. Bununla yanaşı, siçanların bir qrupuna içmək üçün qarpız şirəsi, digərlərinə isə adi su verilib. Səkkiz həftədən sonra alimlər siçanların çəkisini ölçərək alınan nəticələri müqayisə ediblər.

Məlum olub ki, qarpız şirəsi içən siçanlar su içənlərdən daha az çəkiyə malik olublar. Qarpız suyu piy kütləsinin azalmasına səbəb olub. Bununla yanaşı, onlarda əzələ kütləsi azalmayıb, qanın plazmasında xolesterinin konsentrasiyası xeyli az olub. Gəmiricilərin damarlarının müayinəsi göstərib ki, onlarda aterosklerotik zədələnmə digər qrupdakılardan xeyli azdır.

Xəbər lenti

Xəbər lenti