...

Kokos suyu sağlamlığın unikal iksiridir

Maraqlı Materials 15 Noyabr 2011 18:30 (UTC +04:00)
Kokos suyu (təzə kokoslarda maye) xüsusi xassələrinə görə fərqlənir. Onun gəncləşməyə və çəkinin sürətlə azalmasına kömək etdiyi də sübut edilib.
Kokos suyu sağlamlığın unikal iksiridir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Kokos suyu (təzə kokoslarda maye) xüsusi xassələrinə görə fərqlənir. Onun gəncləşməyə və çəkinin sürətlə azalmasına kömək etdiyi də sübut edilib. Bu barədə "The Times of India" yazır. Rəsmi hesablamalara görə, bir fincan kokos suyunda təxminən 46 kalori, bir fincan kokos südündə isə tam 550 kalori var.

Trend-in məlumatına görə, nisbətən aşağı kaloriliyi ilə yanaşı, kokos suyu orqanizmdəki maye çatışmazlığının yerini çox yaxşı doldurur. Dünya müharibəsi zamanı ondan fizioloji məhlul kimi istifadə edildiyi də məlumdur. Kokos suyunda yağ yoxdur, əvəzində çoxlu təbii şəkər və mineral maddələr var. O, maqnezium, kalium və sellülozla zəngindir.

Su elektrolitlərin xüsusi tərkibinə görə su çatışmazlığını əla doldurur. Onun tərkibi plazmaya çox yaxındır. Suyun zənginliyi aclığı hiss etməməyə, qarşısıalınmaz şirin nəsə yemək istəyinin öhdəsindən gəlməyə imkan verir. Nəticədə insan az yeyir, bununla belə onun orqanizmi zəhərlərdən təmizlənir.

Xəbər lenti

Xəbər lenti