...

Kakao işçi yaddaşı yaxşılaşdırır

Maraqlı Materials 16 Dekabr 2011 15:46 (UTC +04:00)
Tədqiqatçılar beyinə kömək etmək üçün hər gün kakao içməyi tövsiyə edirlər.
Kakao işçi yaddaşı yaxşılaşdırır

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Tədqiqatçılar beyinə kömək etmək üçün hər gün kakao içməyi tövsiyə edirlər. Avstraliyanın Suinbern Universiteti yanında İnsan Psixofarmakologiyası Mərkəzindən doktor Devid Kemfild apardığı müvafiq sınaqlardan sonra bu qənaətə gəlib. Trend-in məlumatına görə, bu barədə "ABC News" xəbər verir.

Alimlər kakaonun qeyri-adi xassəsini onun tərkibindəki faydalı flavanoid birləşmələrin hesabına yazırlar. Yaddaş üzrə test göstərib ki, bu birləşmələr işçi yaddaşın (o, məlumatı saxlayır və onu sonradan emal olunmaq üçün əlverişli edir) işini yaxşılaşdırmağa qadirdir. Qeyd edək ki, qocalma zamanı yaddaşın bu tipi pisləşir.

Aparılan sınaqlardan sonra müəyyən edilib ki, kakao içən adamlarda beynin tapşırıq yerinə yetirərkən fəaliyyət göstərən ön və arxa əmgək payları daha fəal olub. Mütəxəssislərin fikrincə, bu, aşağıdakılardan xəbər verir: beynin göstərilən hissələri kakaonun tərkibində olan maddələr sayəsində verilən tapşırığı daha səmərəli yerinə yetirib. Onlar hesab ediblər ki, birləşmə beynin yorulmasına mane olub.

Xəbər lenti

Xəbər lenti