Gürcüstan, Tbilisi, 4 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Marneuli şəhərinin sakini (Gürcüstanın şərqi, Kvemo-Kartli regionu) 40 yaşlı azərbaycanlı Etibar Elçiyev "Gürcüstanda ilin rekordçusu" olub. Yeni il ərəfəsində medalı rekordçuya "Rekord" idman klubunun prezidenti Şota Keldişvili təqdim edib. Bu barədə Trend-ə klubdan məlumat veriblər.
Metalları öz bədəninə çəkmək qabiliyyətinə görə "maqnit adam" adlandırılan Elçiyevə mükafatlar - medal və sertifikatlar təqdim olunanadək o, yeni dünya rekordunu müəyyən edib.
Rekord Yeni il bayramına həsr edilib və rekordçunun doğma şəhəri Marneulidə müəyyən edilib. Elçiyev bioenerji resurslarından istifadə edərək 3 dəqiqə ərzində bədənində ümumi çəkisi 92 kiloqram - üzərində 78 kiloqramlıq kişinin oturduğu 14 kiloqramlıq avtomobil kapotunu saxlayıb.
Elçiyev, həmçinin metalı özünə cəlb etmək bacarığına malik qohumlarının imkanlarını da təqdim edib. 11 yaşlı Əmrah Namazov, 9 yaşlı Rüsət Hümbətov və 6 yaşlı Elşad Namazov öz üzərilərində qaşıq və hətta ütü saxlaya biliblər.
Elçiyevin yeni rekordunu iki komissiya qeydə alıb. Toplanmış materiallar, o cümlədən, fotoşəkillər və videoyazılar Ginnesin Rekordlar Kitabına göndəriləcək.