...

Dünyada əsas risklərin siyahısı dərc edilib

Maraqlı Materials 4 Yanvar 2012 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir X.Murtuzayeva/

"Foreign Policy" jurnalı Eurasia Group-un versiyası üzrə 2012-ci ildə əsas risklərin siyahısını dərc edib.

Trend-in məlumatına görə, bu risklərin arasında bazarları iqtisadiyyatın, geosiyasəti isə milli təhlükəsizliyin idarə etdiyi 9/11 epoxasının başa çatması da var. 2008-ci il maliyyə böhranından, Üsamə bin Ladenin məhv edilməsindən və ABŞ qoşunlarının İraqdan çıxarılmasından sonra indi bütün dünya siyasətçilərini ilk növbədə avrozonadakı böhran, ABŞ-ın böhrandan çıxma sürəti və Çinin dünya iqtisadiyyatına təsiri narahat edəcək. Öz növbəsində, bazar oyunçularını isə ilk növbədə siyasi qərarlar qayğılandıracaq.

Risklərin siyahısında, həmçinin, Şimali Afrikada və Yaxın Şərqdə sabitliyin pozulmasının artma mümkünlüyü, Kim İr Çenin ölümündən sonra Şimali Koreyadakı qeyri-müəyyənlik, min ABŞ hərbçisinin qonşu Əfqanıstandan çıxmasından sonra Pakistandakı iğtişaşlar, Uqo Çavesin xəstəliyi səbəbindən oktyabrda Venesuelada keçiriləcək seçkilərdə iştirak etməyəcəyi halda, vəziyyətin gərginləşəcəyi ilə bağlı narahatlıqlar da yer alır.

Eurasia Group həmçinin yanlış qorxuların siyahısını da göstərir. Belə ki, "2012-ci ildə biz dünya ÜDM-nin demək olar ki, yarısını və BMT TŞ-nin beş üzvündən dördünü təşkil edən ABŞ, Çin, Rusiya və Fransada hakimiyyət dəyişikliklərinin şahidi olacağıq. Lakin təəcüblü də olsa, bunun geosiyasətin və dünya iqtisadiyyatının gələcəyinə təsiri azdır".

Eurasia Group habelə 2012-ci ildə avrozonanın süqutu və mayyaların peyğəmbərliklə vəd etdikləri dünyanın sonu barədə təhlükələrin şişirdildiyini hesab edir. "Bu, sadəcə olmayacaq. Əgər olarsa, biz təəssüflənəcəyik", - məqalədə deyilir.

Xəbər lenti

Xəbər lenti