...

E vitaminindən çox istifadə sümük toxumasına ziyandır

Maraqlı Materials 6 Mart 2012 16:35 (UTC +04:00)
İspanaq və brokoli kimi yaşıl rəngli tərəvəzlərdə, yağlarda, fındıq və badamın tərkibində daha çox olan E vitamininin həddindən artıq qəbulu sümüklərin zəifləməsinə səbəb ola bilər.
E vitaminindən çox istifadə sümük toxumasına ziyandır

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir X.Murtuzayeva/

İspanaq və brokoli kimi yaşıl rəngli tərəvəzlərdə, yağlarda, fındıq və badamın tərkibində daha çox olan E vitamininin həddindən artıq qəbulu sümüklərin zəifləməsinə səbəb ola bilər. Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Yaponiyanın Kerio Universitetinin alimlərinin apardıqları araşdırmalar göstərib ki, böyük dozada E vitamini verilən siçanlarda sümük xəstəliklərinə daha çox təsadüf edilir. Alimlər E vitamininin sümükləri zəiflədən osteoklast hüceyrələrini yarada biləcəyini güman edirlər. Belə olan halda orqanizm daha çox sümük hüceyrəsi itirir.

Bundan əvvəlki araşdırmalarda isə E vitamininin yaşlı adamlarda sümüklərin gücləndirilməsi üçün istifadə olunmasının mümkünlüyü qeyd edilmişdi. Alimlər araşdırmaların məhdud xarakter daşıdığını bildiriblər. Son araşdırma "Nature Medicine" jurnalında dərc olunub.

Xəbər lenti

Xəbər lenti