...

Əlil və iflic olmuş şəxslər üçün robot kürsü yaradılıb

Maraqlı Materials 22 Mart 2012 15:02 (UTC +04:00)
Türkiyənin "AMS Mekatronic" şirkətinin bir qrup mütəxəssisinin əlillər üçün yaratdığı "Tek Robotic Mobilisation Device" robotlaşdırılmış kürsüsü aşağı ətrafları iflic olmuş şəxslərə həyatını tam dəyişməyə imkan verir.
Əlil və iflic olmuş şəxslər üçün robot kürsü yaradılıb

Azərbaycan, Bakı, 22 mart /Trend/

Türkiyənin "AMS Mekatronic" şirkətinin bir qrup mütəxəssisinin əlillər üçün yaratdığı "Tek Robotic Mobilisation Device" robotlaşdırılmış kürsüsü aşağı ətrafları iflic olmuş şəxslərə həyatını tam dəyişməyə imkan verir. Bu, belə xəstələrin ayaq üstə dayanması və adi stulda oturmasına imkan verən tamamilə yeni mexanizmdir. Bu barədə Trend Türkiyə KİV-ə istinadən yazır.

Kürsünü ilk dəfə sınaqdan keçirmək 27 yaşlı Yusif Aktürkoğluna nəsib olub. Beş il bundan əvvəl atdan yıxılan bu şəxs həmin vaxtdan ayaqlarını hiss etmir. Məlumdur ki, adi əlil arabası istifadə üçün o qədər də rahat deyil. Axı, arabaya oturmaq üçün insan bütün bədənini əlləri ilə qaldırmalı və kürsüyə əyləşməlidir. Kənar şəxsin köməyi olmadan isə bunu etmək çətin və təhlükəlidir.

"Tek" kürsüsü isə belə çətinlikləri demək olar ki tam aradan qaldırır. Əvvəla, onu idarəetmə pultu vasitəsilə "çağırmaq" mümkündür. İkincisi, insan ayağa qalxmaq üçün demək olar ki heç nə etmir. O, yalnız düz onun qarşısında olan dəstəklərdən tutmalıdır. Təhlükəsizliyə etibarlı möhkəmləndirmə və saxlama sisteminin sayəsində nail olunub.

Qurğu yığcamlığı ilə (eni 30 santimetr) seçilir. Deməli, insan hətta əlil arabaları üçün vasitələrin olmadığı yerdə belə sərbəst şəkildə yerdəyişmə edə bilər.

Tibb işçiləri artıq ixtiranı qiymətləndiriblər. Onların sözlərinə görə, əlil şəxslərin ayağa qalxmaq imkanı qan dövranının pisləşməsi nəticəsində yataq yaralarının, diabetin, ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.

Xəbər lenti

Xəbər lenti