...

Mayya mədəniyyətinin məhv olmasına quraqlıq səbəb olub?

Maraqlı Materials 25 Aprel 2012 12:09 (UTC +04:00)
Bizim günlərimizdə mayya tayfasının hindularının təqviminin peyğəmbərcəsinə izahı bir çoxlarını həyəcanlandırıb.
Mayya mədəniyyətinin məhv olmasına quraqlıq səbəb olub?

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bizim günlərimizdə mayya tayfasının hindularının təqviminin peyğəmbərcəsinə izahı bir çoxlarını həyəcanlandırıb. Lakin Britaniyanın Sauthempton Universitetinin alimlərinin bu nəhəng mədəniyyətin süqut etməsinin səbəbinə dair açıqlaması daha böyük rezonansa səbəb ola bilər. Bu barədə Trend Rusiya KİV-inə istinadən məlumat verir.

Alimlər güman edirlər ki, bəşər tarixinin nisbətən daha inkişaf etmiş mədəniyyətlərindən birinin məhv olmasına quraqlıq səbəb ola bilər. Mütəxəssislərin belə qənaətə gəlməyinə mayya hindularının məhv olduğu dövrün quraqlığın ən pik vaxtı ilə üst-üstə düşməsi barədə məlumatlar səbəb olub. Ola bilsin ki, hindular məhsulun məhv olması və sistemli olaraq su çatışmazlığının öhdəsindən gələ bilməyiblər. Bu nəzəriyyəni hinduların dövrümüzə qədər gəlib çatmış qalıqlarının öyrənilməsi də təsdiqləyir. Araşdırmalar bu tayfanın adamlarının sağlıqlarında rütubət çatışmazlığından əziyyət çəkdiklərini göstərir.

Öz versiyalarını təsdiqləmək üçün alimlər mayya hindularının məskunlaşdıqları ənənəvi rayonlardakı göl və mağaraları nəzərdən keçiriblər. Məlum olub ki, bu dövrdə həmin su hövzələrində suyun səviyyəsi 40 faizədək azalıb. Nəzəriyyənin müəlliflərindən biri olan İlqa Rolinqin sözlərinə görə, yeni məlumatlar qədim mədəniyyətin məhv olması nəzəriyyəsini təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti