...

"Mars çəhrayısı" brilyantı 17,4 milyon dollara satıldı

Maraqlı Materials 30 May 2012 16:31 (UTC +04:00)
Honq Konqdakı hərracda dünyada ən iri çəhrayı brilyantlardan biri satılıb. Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, onu anonim alıcı 17,4 milyon dollara alıb.
"Mars çəhrayısı" brilyantı 17,4 milyon dollara satıldı

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir X.Murtuzayeva/

Honq Konqdakı hərracda dünyada ən iri çəhrayı brilyantlardan biri satılıb. Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, onu anonim alıcı 17,4 milyon dollara alıb.

"Mars çəhrayısı" adlanan brilyantın çəkisi 12 karata yaxındır. Amerikalı zərgər Ronald Uinston bu adı ona 1976-cı ildə NASA-nın Marsa peyk göndərməsini qeyd etmək üçün verib.

"Christie's" hərrac evinin nümayəndəsinin sözlərinə görə, bu daş nə vaxtsa satışa çıxarılan çəhrayı brilyantlardan ən irisidir.

Brilyantın qiymətinin müəyyən edilməsi üçün hərrac qızğın keçsə də, cəmisi altı dəqiqə davam edib. Sonda telefonla qoyuluş etmiş anonim alıcı qalib gəlib.

Ölçüsünə görə "Mars çəhrayısı" ilə müqayisə oluna biləcək yeganə çəhrayı brilyant "Uilyams çəhrayısı" adlı daşdır. Onun çəkisi 23,6 karata çatır və Britaniya kraliçası II Yelizavetaya məxsusdur.

Lakin "Uilyams çəhrayısı" heç vaxt satışa çıxarılmayıb. Onu Tanzaniyada almaz axtarışları zamanı tapıblar və o zaman hələ şahzadə olan Yelizavetaya bağışlayıblar. Almaz 1947-ci ildə Yelizavetanın şahzadə Filiplə toyuna hədiyyə olunub. Daha sonra ondan bəzək sancağı hazırlanıb.

Xəbər lenti

Xəbər lenti