...

Vampirlər həqiqətən də mövcud olublarmı? (FOTO)

Maraqlı Materials 6 İyun 2012 11:48 (UTC +04:00)
Bolqarıstanın Sozopole şəhərində arxeoloqlar bədənlərinə dəmir parçaları sancılmış iki skelet aşkar ediblər.
Vampirlər həqiqətən də mövcud olublarmı? (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bolqarıstanın Sozopole şəhərində arxeoloqlar bədənlərinə dəmir parçaları sancılmış iki skelet aşkar ediblər. Bu barədə jurnalistlərə Milli Tarix Muzeyinin direktoru Bojidar Dimitrov məlumat verib. Adamlar orta əsrlərdə dəfn ediliblər. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.

Həmin skeletlərin sahiblərinin insan qanı içib-içmədikləri məlum olmasa da, bu tapıntı Bolqarıstanın bəzi kəndlərində hələ ХХ əsrin birinci onilliyinə kimi tətbiq edilən praktikadan xəbər verir. Bütpərəstlərin mövhumatına əsasən, sağlığında pis adam hesab edilən şəxslərin ürəklərinə dəfn günü ağac və ya dəmir çubuqlar sancırmışlar. Bundan başqa, ölülərin vampirə çevrilərək gecələr dolaşmamaları üçün onların qəbirlərinə mismar çalırmışlar.

Dimitrov əlavə edib ki, bir çox illər ərzində ölkədə yüzlərlə sancaqlanmış bədənlər aşkar edilib.

Belə tapıntılara dünyanın başqa ölkələrində də rast gəlmək mümkündür. Məsələn, 2011-ci ilin sentyabrında İrlandiyada arxeoloji qazıntılar zamanı alimlər dəfn olunarkən ağızlarına iri qara daşlar pərçimlənmiş iki skelet tapıblar. Skeletlərdən biri 40-60, digəri isə 20 yaşlı kişiyə aid olub. Alimlər bildirirlər ki, keçmiş dövrlərdə adamları zombi kimi öz məzarlarından qalxmamaları üçün belə dəfn edirmişlər.

Tapılan məzarlar ilkin orta əsrlərə, eramızın VIII əsrinə aid edilir.

Bu yaxınlarda İtaliyanın Venesiya şəhərində də XVI əsrə aid kütləvi məzarlıqda ağzına daş parçası soxulmuş vəziyyətdə bir skelet aşkar edilib. Florensiya Universitetinin alimi Matteo Borriniyə görə, Nuovo Lazaretto adasında tapılan skelet şeytanı ovsunlama ayininin tətbiq edildiyi bir "vampir"ə aid ola bilər.

Qeyd edək ki, vampirlər haqqında ən məşhur əfsanə Rumıniyadan olan qraf Vlad Tsepeşlə bağlıdır. Əfsanəyə görə, o düşmənlərinin qanını içməzdən əvvəl onları payaya keçirirdi. Tsepeş sonralar məşhur qraf Drakulanın prototipinə çevrilir.

Bu arada, britaniyalı alimlər filmlərdəki vampirlərə oxşar adamların əslində mövcud olduğunu bildirirlər. Belə ki, jurnalistlər İngiltərədə nadir irsi xəstəliyə - anadangəlmə ektoderamal hipohidrotik displazaya mübtəla olmuş iki oğlan uşağı barədə məlumat veriblər. Bu uşaqların dişləri köpək dişləri kimi kəskindir və onlar işığı sevmirlər.

Genetik nasazlığına görə belə diaqnoza malik insanlar sadəcə tərləyə bilmədiklərinə görə onların bədəni özü temperaturu aşağı sala bilmir. Günəş işığının uzun müddətli təsiri vaxtı isə dəri yanıqlarla örtülür. Bütün dünyada belə diaqnoza malik cəmi 7 min insan var. Xəstələrin hamısında dərinin inkişafında anomaliya, seyrək saçlar və dəridə ləkələr, gözlərin altında tünd dairələr, eləcə də dişlərdə distrofiya müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti