...

Evdə təmizlik işləri qadınların əhval-ruhiyyəsinə yaxşı təsir edir

Maraqlı Materials 7 İyun 2012 14:58 (UTC +04:00)
Hər üç qadından biri hesab edir ki, ev qayğıları tamdəyərli terapiyanı əvəz edərək rahatlıq tapmağa imkan verir.
Evdə təmizlik işləri qadınların əhval-ruhiyyəsinə yaxşı təsir edir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Hər üç qadından biri hesab edir ki, ev qayğıları tamdəyərli terapiyanı əvəz edərək rahatlıq tapmağa imkan verir. Trend Rusiya KİV-inə istinadən yazır ki, bunu "Zoflora" şirkəti tərəfindən 2 min qadın arasında aparılan rəy sorğusu göstərir.

Təmizlik işləri görmək həvəskarlarının hər 10 nəfərindən dördü etiraf edir ki, bu, onların ikinci yarılarına heç vaxt söyləmədikləri gizli ehtiraslarıdır. Qadınlar adətən qarışıqlıq yaratdıqdan dərhal sonra başladıqları təmizlik işlərinə orta hesabla həftədə dörd saat vaxt sərf edirlər.

Psixoloq Ceyn Makkartni hesab edir ki, müsbət effekti adi hərəkət faktının və ya vəziyyət üzərində nəzarət hissinin özü yaradır. Qadın öz işinin səmərəsini dərhal görür. Bundan başqa, öz evinə görə qürur özünəqiymət hissini yüksəltməyə qadirdir. Təəccüblü deyil ki, hər on nəfərdən biri başqasının evini yığışdırmağa getməyə hazırdır.

Rəy sorğusuna görə, qadınların əksəriyyəti evi tozsoranla təmizləməyi və toz silməyi sevirlər. Qaz sobasının, tualetin təmizlənməsi və paltarların ütülənməsi zərurəti xoşagəlməz məşğuliyyətdir. Adətən qadınlar böyük vaxt və zəhmət tələb edən işləri özlərinin ikinci yarılarının öhdəsinə buraxırlar. Rəyi soruşulanların 40 faizi təmizlik işlərini müstəqil şəkildə yerinə yetirirlər.

Evdə gözəl qoxu da qadınlar üçün kəşf edilib. Qadınların dörddə üçü evindən pis qoxu gələn adamlara pis münasibət bəsləyirlər. Ekspertin fikrincə, bu, təkamül mexanizmi ilə bağlıdır. Belə ki, əvvəllər pis qoxu sağlamlıq üçün təhlükə kimi qəbul edilirdi.

Xəbər lenti

Xəbər lenti