...

Həyəcan imtahan vaxtı kişilərə nisbətən qızlara daha çox mane olur

Maraqlı Materials 11 İyun 2012 11:00 (UTC +04:00)
ABŞ-ın Miçiqan Dövlət Universitetində aparılan tədqiqatın nəticələrinə görə, həyəcanlı vəziyyətdə olarkən kişilərin və qadınların beyni müxtəlif cür işləyir.
Həyəcan imtahan vaxtı kişilərə nisbətən qızlara daha çox mane olur

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-ın Miçiqan Dövlət Universitetində aparılan tədqiqatın nəticələrinə görə, həyəcanlı vəziyyətdə olarkən kişilərin və qadınların beyni müxtəlif cür işləyir. Belə ki, bu zaman qadınların beynində yüksək aktivlik meydana çıxır. Bu barədə Trend Rusiya KİV-ə istinadən yazır.

Bunu qadın və kişi cinsindən olan tələbələrə bəzi tapşırıqların yerinə yetirilməsi lazım gələn təcrübə nəticəsində müəyyən etmək mümkün olub. Məlum olub ki, buna qədər çox həyəcanlı olduqları barədə məlumat verən qızlar səhv edəcəkləri halda beynin yüksək aktivliyini nümayiş etdiriblər.

Tədqiqatın rəhbəri Ceyson Mouzer qeyd edir ki, əldə olunan nəticələr mütəxəssislərə psixi sapmalara meyilli olan qadınları asan aşkar etməkdə kömək edəcək. Doğrudur, hələ qadınlarda beyin aktivliyinin nəyə görə yüksək olduğunu müəyyən etmək lazımdır.

Bir məsələni dəqiq söyləmək olar ki, qadınlar asan tapşırıqların öhdəsindən kişilər kimi gələ bilsələr də, daha çox həyəcan keçirirlər. Amma çətin tapşırıqları yerinə yetirərkən problemlər yaranıb. Çünki həyəcanlı fikirlər diqqəti cəmləməyə mane olub.

Hazırda alimlər estrogenin bu fenomenə təsirini öyrənirlər. Məlumdur ki, estrogen öyrənmək və səhvlərin düzəldilməsi üçün zəruri olan neyroötürücü defomin hormonunun azad olmasına təsir edir.

Xəbər lenti

Xəbər lenti