...

Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər

Maraqlı Materials 18 İyul 2012 11:51 (UTC +04:00)
Xərçəng əleyhinə yeni terapiyanın əsasını qızılın nanoaktiv hissəcikləri və çay cövhəri təşkil edir.
Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir X.Murtuzayeva/

Xərçəng əleyhinə yeni terapiyanın əsasını qızılın nanoaktiv hissəcikləri və çay cövhəri təşkil edir. Onu artıq prostat vəz xərçənginin hüceyrələrinin yerləşdirildiyi siçanlar üzərində sınaqdan keçiriblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir. Yeni terapiya vasitəsilə törəmənin tamamilə aradan qaldırılması və ya onun ölçüsünün xeyli kiçilməsi üçün cəmi bir ay vaxt lazım olur.

Məlum olub ki, çayın tərkibinə daxil olan qallat epiqallokateksin (EGCg) xərçəng hüceyrələrinə yapışır. Bu, xərçəng hüceyrələrinin səthindəki xüsusi böyümələr hesabına mümkün olur. Onun nanohissəciklərlə birləşdirilməsi zamanı çatdırılma sistemi alınır. Nanohissəciklər ionlaşdırıcı şüadan istifadə edərək xərçəngi öldürür.

Birləşmə hissəcikləri təkcə şişə çatdırmır, həm də onu orada saxlayır. Qeyd edək ki, bu zaman qızılın fraqmenti nə qədər çox olarsa, bir o qədər daha çox hüceyrə öləcək. Tədqiqatçılar hesablayıblar ki, əgər qızılın radioaktiv izotopunun hissəcikləri bir neçə nanometr diametrə malik olacaqsa, onda o, hətta ən təcavüzkar yeni törəmələri məhv etməyin öhdəsindən gələcək.

Qarşıda böyük heyvanlar üzərində sınaqlar durur.

Xəbər lenti

Xəbər lenti