...

İnsanın bütün həyatını çəkə biləcək mini-kamera yaradılıb

Maraqlı Materials 24 Oktyabr 2012 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

İsveçdə azarkeşlər komandası özündə "Memoto" mini-kamerasını birləşdirən və "Layfloqqinq" adlandırılan yeni xidmət və onlayn-əlavə hazırlayıb. Bu, daim insanın bütün hərəkətlərinin fotoçəkilişini apara biləcək. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Kamera hər 30 saniyədən bir şəkillər çəkir və akselerometrin və koordinatın GPS-qəbuledicisinin köməyi ilə onları yaddaşda saxlayır. Ona görə də günlər, aylar və ya illər keçdikdən sonra siz istənilən hərəkətinizi hər dəqiqə eynilə bərpa edə bilərsiniz.

Hazırda "Kickstarter" sosial təşəbbüslərin maliyyələşdirilməsi saytı vasitəsilə qurğunun istehsalının təşkilinə vəsait yığımı aparılır. Layihənin təşəbbüskarları onlara lazım olan 150 min dollardan artıq 66 min dollar yığıblar ki, bu da başlanğıc üçün 2013-cü ildə kameranın istehsalına çatmalıdır. Onlar "Memoto"nu 280 dollara satmaq niyyətindədirlər.

Güman edilir ki, istifadəçilər "Memoto"nu boyunda və ya geyimdə daşıya biləcəklər. Kameranın geyimdə hansı formada asılmasından asılı olmayaraq, təsvir həmişə avtomatik olaraq şaquli ox üzrə yönəldiləcək. Qurğunun ölçüləri 36x36x9 millimetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti