...

Hindistanda 50 sərxoş fil kəndə hücum edib

Maraqlı Materials 10 Noyabr 2012 12:53 (UTC +04:00)
Hindistanın Dumurkota kəndinin sakinləri 50 sərxoş filin onların evlərinə hücumundan sonra özlərinə gəlməyə çalışırlar.
Hindistanda 50 sərxoş fil kəndə hücum edib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Hindistanın Dumurkota kəndinin sakinləri 50 sərxoş filin onların evlərinə hücumundan sonra özlərinə gəlməyə çalışırlar. Bu barədə Trend "Times of India" qəzetinə istinadən məlumat verir.

Heyvanlar yemək tapmaq üçün kəndə cəngəllikdən gəliblər və alkoqolun qoxusunu hiss ediblər. Kəndin yaxınlığında mağaza tapan 50 fil 500 litr spirtli içki içərək talana başlayıb.

Qəzetin yazdığına görə, daha sonra onlar əlavə içki axtarışına çıxıblar. Bu zaman fillər yolun üstündəki düyü tarlasını məhv ediblər və kənddəki üç evi yerlə-yeksan ediblər.

"Bu heyvanlar bilavasitə insanların yaxınlığında yaşadıqlarından içki qoxusunu hiss ediblər. Onlar sərxoş adamlara oxşayırdılar - təcavüzkar və düşüncəsiz idilər, amma daha böyük miqyasda", - polisin mətbuat katibi Asiş Samanat danışır.

Onun sözlərinə görə, bu fillər 120 heyvandan ibarət sürünün yalnız bir hissəsi idi.

Polislər kənd sakinlərinin köməyi ilə sərxoş fillərin ərazidən uzaqlaşdırılmasına nail olublar.

"Ümid edirəm ki, onlara xumarlıqdan əziyyət çəkmək lazım olmayacaq", - Samanat sonda qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti