Azərbaycan, Bakı, 9 yanvar / Trend, müxbir X.Murtuzayeva/
ABŞ-da aparılan araşdırmaya görə aşiq olmaq insan beynində kokain kimi narkotik təsir yaradır. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.
Artıq ilk baxışdan aşiq olmanın beynə təsiri, eləcə də onda xoşbəxtlik hormonunun ifrazını sürətləndirməsi məlumdur. Ən maraqlısı isə bütün bunların cəmi saniyənin beşdə birində baş verməsidir.
Amerikalı alimlərin apardığı son araşdırma insanın aşiq olma anında onun beyninin 12 hissəsinin hərəkətə gəldiyini göstərib. Bu hissələr arasında beynin zəka və qabiliyyətlə əlaqədar olan bölgələri də var. İnsan aşiq olan zaman onun beyni həzz yaradan hormonlarla da dolur. Alimlər bütün bu əlamətlərin eynilə kokaindən istifadə zamanı baş verdiyini müəyyən ediblər.